Yaşar Cəlilovun rəqibi məlum oldu

yasar-celilovun-reqibi-melum-oldu
Oxunma sayı: 892


“Qafqazinfo”nun məlumatına görə, bir neçə həftədir davam edən şouda iştirakçılar bu dəfə Yaşar Cəlilovu dueldə görmək istəyiblər. Müğənni isə həmkarı Mirkamil Kamilovu duelə çağırıb. Y. Cəlilov bunun səbəbini də açıqlayıb: 

“Burada elə iştirakçılar var ki, onlara uduzmaq istəmərəm. Uduzanda da layiqli rəqibə uduzmaq yaxşıdır. Mirkamil mənim üçün layiqli rəqibdir. Onun istedadı, səs diapazonu, səsi, sənəti göz qabağındadır. Mirkamilə uduzmaq mənə ayıb olmaz”.

Qeyd edək ki, proqram zamanı  Y. Cəlilovun ad günü də qeyd edilib. Müğənninin prodüseri teleaparıcı Vüsalə Kərimova studiyaya üzərində mikrafon və notlarla bəzədilmiş tort gətirib. Yarışmanın münsiflər heyəti də öz növbələrində Yaşarı tort hədiyyələri ilə təbrik ediblər.

Könül