Yaşarın vəziyyəti necədir?

yasarin-veziyyeti-necedir
Oxunma sayı: 1854

Türkiyədə əməliyyat olunaraq başına süni kəllə qapağı taxılan aprel  hərbçimiz Yaşar Ağayevin səhhəti yaxşıdır.

Bu barədə “Qafqazinfo”ya atası Təvəkkül Ağayev məlumat verib. T. Ağayev qeyd edib ki, oğlu 10 gün bundan əvvəl əməliyyat olunub: “Hazırda həkim nəzarəti altındadır. Bir müddət reablitasiya keçməlidir. Hələ ki, Azərbaycana nə vaxt qayıdacağı məlum deyil. İndi özünü idarə edə bilir. Baş nahiyəsi yaxşıdır.  Oğlum nazirliyin xətti ilə Türkiyəyə əməliyyat olunmağa göndərilib. Əməliyyat  zamanı Türkiyədəki hərbi attaşemiz xəstəxanada olub”. 
 
Günel Türksoy