Yaşıl market istifadəyə verildi

Yaşıl market istifadəyə verildi
Oxunma sayı: 2738

Novruz bayramı günündə Nəsimi rayonunda yeni Yaşıl market sakinlərin istifadəsinə verilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yaşıl marketdə 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Yeni istifadəyə verilmiş Yaşıl marketdə 1000 ədəd piştaxta, 28 ədəd müasir tipli mağaza, 5 soyuducu kamera, 200 avtomobil üçün dayanacaq sahəsi mövcuddur.

Mərkəzin açılışında Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, İqtisadiyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Sahibkarlığa Kömək Milli fondunun icraçı direktoru Şirzad Abdullayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi