Yəməndə 18 milyon insan təhlükədə - BMT-dən təcili çağırış

yemende-18-milyon-insan-tehlukede
Oxunma sayı: 1547

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəməndəki vəziyyətin dünyadakı ən böyük humanitar böhran olduğunu bildirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Yəməndə müharibə tərəflərinin nümayəndələrini yaxın günlərdə İsveçdə görüşdürməyə çalışdıqlarını söyləyib:

“Tərəflər arasında əsirlərin dəyişdirilməsi üzrə razılaşma imzalanması planlaşdırılır. Bu, müharibə gedişində ilk razılıq ola bilər”.

BMT-nin Humantiar Məsələlər üzrə baş katibinin köməkçisi Deyvid Bisli isə 18 milyon insanın aclıqla üz-üzə olduğunu deyib və təcili olaraq atəşkəs imzalanması üçün çağırış edib. O qeyd edib ki, xəstəxanalarda da vəziyyət yaxşı deyil və hər gün onlarla uşaq ölümlə tərk edilir.

Qeyd edək ki, 28 milyon nəfər əhalisi olan Yəmən 3 ildən çoxdur Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalır. Döyüşlər zamanı 10 minlərlə insan ölüb.