Yeni ipoteka proqramı hazırdır

yeni-ipoteka-proqrami-hazirdir
Oxunma sayı: 1351


E.Rüstəmov deyib: "Birincisi, biz sosial ipotekanın əhatəsini genişləndirməyi təklif edirik. Burada ən vacib məsələ sosial ipoteka şərtləri ilə əldə ediləcək evin, həmçinin onun təmirinin dəyəridir. Bu problem faiz dərəcələri və ilkin ödəniş məsələlərindən daha əhəmiyyətlidir. Beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq, biz özəl sektorla dövlətin tərəfdaşlığı əsasında qənaətli və rahat evlərin tikintisini sosial ipotekanın genişləndirilməsi ilə əlaqələndirməyi təklif edirik".

Mərkəzi Bankın sədrinin sözlərinə görə, sosial ipoteka üzrə yeni proqramın əsas hədəfi əhalinin şəxsi yığımları hesabına ipotekaya avtomatik çıxışını təmin etməkdir: "Bu tikinti-əmanət banklarının alman modelidir. Bizim qanun layihəmiz hazırdır və strategiyaya daxil edilib. Belə ipotekanın şərtləri sosial ipotekanın şərtlərindən yüngül olmalıdır".