Yeni “Samsung” smartfonları təqdim olundu

Yeni “Samsung” smartfonları təqdim olundu
Oxunma sayı: 2652

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A” smartfonlarının istehsal xəttini yeniləyib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 2018-ci il nümunəli “Samsung Galaxy A8” və “A8+” smartfonları tərəflərinin nisbəti 18.5:9 təşkil edən çərçivəsiz “Super AMOLED Infinity” ekranı ilə təchiz edilib.

“Samsung Galaxy A8” modeli təsvir ölçüsü “Full HD +” olmaqla 5,6 düym diaqonallı, “A8+” smartfonu isə 1080 × 2220 pikselli 6 düym diaqonallı displeyə malikdir. Smartfonlar 14 nanometrlik texnoloji proses üzrə hazırlanan səkkiznüvəli “Exynos 7885” prosessoru və “Mali-G71 GPU” qrafik sürətləndiricisi ilə təchiz olunub.

Məlumata görə, “A8” modeli 4 giqabaytlıq operativ və 32 və ya 64 giqabaytlıq quraşdırılmış yaddaşla buraxılacaq, “А8+” 6 giqabayt operativ yaddaş tutumlu versiyaya malik olacaq. Quraşdırılmış yaddaşı “microSD” yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmək mümkündür. Qurğuların tək əsas kamerası “f/1,7” aperturlu 16 meqapikselli təsvir ölçüsünə malikdir, qoşa ön kamera isə “f/1,9” aperturlu 16 və 8 meqapikselli sensorlardan ibarətdir.

Bildirilir ki, “USB Type-C” portu ilə təchiz edilən smartfonlar “Samsung Pay” ödəniş sisteminin işi üçün “LTE Cat.11”, “NFC” və “MST” funksiyalarını dəstəkləyir. “Galaxy A8” 3 min milliamper/saat tutumlu, “A8+” modeli isə 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Hər iki smartfonda “Android 7.1.1 Nougat” əməliyyat sistemi quraşdırılıb.

Qara, boz, qızılı və göy rənglərdə təqdim ediləcək qurğuların 2018-ci ilin yanvarında satışa çıxarılacağı gözlənilir. Yeni smartfon modellərinin başlanğıc qiyməti 500 avro təşkil edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi