Yeni transferin təyyarəsi radardan itdi, matç təxirə salındı

yeni-transferin-teyyaresi-radardan-itdi-matc-texire-salindi
Oxunma sayı: 1592

Fransanın "Nant" klubundan "Kardiff"ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərində radardan itib.

“Qafqazinfo” xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisinə klub tarixinin rekord məbləği 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi. Ancaq saat 20:00-da "PA 46 Malibu" markalı şəxsi təyyarə ilə əlaqə kəsilib.

Axtarış xilasetmə işlərinə 2 helikopter və gəmi cəlb olunub. Lakin hələlik heç bir nəticə əldə olunmayıb.

Bu səbəbdən Fransa kubokunda keçirilməli olan “Sannua” – “Nant” görüşü də başqa vaxta keçirilib.