Yeniyetmələr Qubaya istirahətə göndərilir

yeniyetmeler-qubaya-istirahete-gonderilir
Oxunma sayı: 646

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimovun “Qafqazinfo”ya verdiyi məlumata görə, avqustun 1-də məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və “Çağ” Öyrətim Şirkətinin birgə layihəsi əsasında avqust ayında təşkil olunan rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən “Şahinlər” yay istirahət düşərgəsinə yola salınma mərasimi keçiriləcək.

Düşərgədə məktəblilərə “Vətən sevgisi” dərsləri çərçivəsində “Azərbaycanın tarixi və siyasi coğrafiyası”, “Azərbaycanın bu günü və gələcəyi”, “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir” mövzularında, həmçinin yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində “Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir”, “Dağlıq Qarabağ problemi və müasir dünya”, “Azərbaycanın Milli Qəhrəmanları” mövzularında məşğələlər keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılıb.

Nigar Məmmədli