“Yəqin hakimlərə tapşırıq veriblər” - Samir Abasov

yeqin-hakimlere-tapsiriq-veribler
Oxunma sayı: 1243

“Kubok oyunudu, iki oyundan ibarətdi. Uzun müddətdi uduzmurduq, havalarda idik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov ölkə kubokunda “Keşlə”yə 0-1 hesablı məğlubiyyətdən sonra deyib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən məşqçi bunları söyləyib:

“Bu gün futbol oynamadıq, biabırçılıq idi. Cavab görüşündə belə oynasaq, “Keşlə” mərhələ adlayacaq. Yaxşı ki, bizi göydən yerə salan komanda tapıldı. Şanslarımız olmadı, bəlkə də bu, əsas oyunçularımızın oynamamağı ilə bağlı idi. İndi deməyim düzgün çıxmaz, amma Avropa Liqasına haqq edən komanda getməlidi”.

- Tribunaya göndərildikdən sonra oyunu hardan izlədiniz?

- Oyunu kənardan izləyirdim. Biz bilirdik ki, “Keşlə”nin oyunçuları sarı limitindədi. Yəqin, bunu hakimlərə də tapşırmışdılar. Biz qırmızı yox, sarı vərəqə istədik. Hakimə dedim ki, niyə vermirsiz? Buna görə tribunaya göndərməzlər. Göndərməyin səbəbini tapşırıqda görürəm. Ya məni göndərməli idilər, ya da Seymuru.

- Sizcə, bu tapşırığı kim verib?

- Yəqin, komitədən belə deyiblər. Amma biz lazım olan vaxtı etirazımızı bildirməliyik. Qərar tam haqsız idi. Mən iddia edirəm ki, “Keşlə”nin 3 futbolçusu sarı vərəqə almalı idi. Gələn dəfədən başqa dild danışacağam.

- Fərhad Vəliyevə nə vaxta qədər şans verəcəksiniz?

- Yəqin ki, mövsümün sonuna qədər.

- Qeyd etdiniz ki, futbolçuların adı başqa klublarla hallanır. Onlarla hansısa fərdi söhbət etmisiniz?

- Saytlar hər bir futbolçumuzu klublara calayıblar. Bəlkə, futbolçuların heç xəbəri yoxdu. Futbolçularla bu haqda tək-tək danışmasam da, ümumi söhbətimiz olub. İnşallah, xeyrimizə olacaq.