“Yerevan Azərbaycanın AİB-ə üzv olmasına qarşı çıxacaq”

yerevan-azerbaycanin-aib-e-uzv-olmasina-qarsi-cixacaq
Oxunma sayı: 1816

"Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq".

"Qafqazinfo" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Kommersant"a müsahibəsində deyib.

O, jurnalistin "Birdən Azərbaycan AİB-ə yaxınlaşıb müşahidəçi statusu almaq istəsə, Ermənistanın buna münasibəti necə olacaq" sualını belə cavablandırıb:

"Azərbaycan Ermənistanı bloklayan ölkədir. Bizə qarşı birtərəfli tədbirlər görür. AİB əməkdaşlıq təşkilatıdır. Biz reallığı nəzərə almalıyıq". 

Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.