Yerevanda Paşinyana qarşı aksiya başladı - “Heç bir inqilab etmədi” +Video

yerevanda-pasinyana-qarsi-aksiya-basladi
Oxunma sayı: 1288

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları maaş azlığı əleyhinə nümayiş keçirirlər. “Müəllimlər, hərbçilər, dövlət işçiləri, taksi sürücüləri aldıqları maaşla ailələrini dolandıra bilmirlər. Onların 99%-i əlavə pul qazanmaqda çətinlik çəkirlər”, - deyə aksiyaçılardan biri deyib.

Etirazçılar baş nazir Nikol Paşinyanı vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıblar: “Nikol Paşinyanın özü vəd vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Nə üçün səs yığmaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Paşinyan heç bir inqilab etmədi, Serj Sarkisyan hakimiyyəti ona məcməyidə “hədiyyə etdi”. Paşinyan Levon Ter-Petrosyanın etdiyini edir – “ağ soyqırım” törədir”.