“Yol hərəkəti haqqında” qanun dəyişdi- - Sərəncam

yol-hereketi-haqqinda-qanun-deyisdi-
Oxunma sayı: 5811


Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin etmək və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.