Zakir Həsənov polkovnikə yeni vəzifə verdi

zakir-hesenov-polkovnike-yeni-vezife-verdi
Oxunma sayı: 3669


"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki,  bu barədə Rüfət Əmirov özü bildirib. R. Əmirov, əmrin dünən imzalandığını deyib.

 İdarə rəisi jurnalistlərə açıqlamasında qeyd edib ki, uzun zaman ehtiyatda olmasına baxmayaraq, ordu ilə bağlı olub və yenidən nazirlikdə çalışmaq onun üçün heç bir problem yaratmayacaq.

Azərbaycan Silahlı Qüvvələrində son iyirmi ildə mühüm irəliləyişlər olduğunu deyən R. Əmirov bildirib ki, artıq vahid komandanlığa bağlı ordu var. R. Əmirov Silahlı Qüvvələrin inkişafı ilə bağlı müəyyən planlarının olduğunu və yeni vəzifəsində bunun icrasına çalışacağını deyib.

 Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsinin icrası isə Sahib Qarayevə həvalə olunub.

 Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Vaqif Məmmədov olub. Vaqif Məmmədov hazırda sərəncamdadır.