“Zapravka”da ölən və yaralananın kimliyi məlum oldu - Yenilənib

zapravkada-olen-ve-yaralananin-kimliyi-melum-oldu
Oxunma sayı: 9851

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində yanğın olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Boyad kəndində baş verib.
 
Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
 
Xəsarət alanlar barədə məlumat yoxdur. 

***

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

İlkin məlumata görə, partlayış çənə qaz vurulan zaman baş verib.

Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

***

APA-nın xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

 “18 BG 546” dövlət nömrə nişanlı “ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan  maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.
 
Ağcabədi rayon Prokurorluğu və  FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Hadisə yerində  başqa şəxslərin olması  ehtimalı araşdırılır.