Zəhərlənən pambıqçıların vəziyyəti necədir?

zeherlenen-pambiqcilarin-veziyyeti-necedir
Oxunma sayı: 1552

İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasında hazırda 12 nəfər qalıb.

Bu barədə  “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O qeyd edib ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir: “Onların müalicə və müayinələri davam edir. Hələlik vəziyyətlərinin pisləşməsinin səbəbi bilinmir. Analizlərin nəticəsində hər şey  aydın olacaq.  Saatlı xəstəxanasından Bakıya gətirilən pambıqçılar da artıq evlərinə  buraxılıb”.

 Günel Türksoy