“Zek” bıçaqlanmaya görə tutuldu

zek-bicaqlanmaya-gore-tutuldu
Oxunma sayı: 1095

İyulun 21-də saat 14 radələrində Bakı şəhər sakini Ədalət Həmidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. 

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1-ci Alatava küçəsində Murad adlı şəxsin Ə.Həmidova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.