Zidan nə qədər maaş alacaq?

zidan-ne-qeder-maas-alacaq
Oxunma sayı: 3394

Yenidən “Real Madrid”ə baş məşqçi təyin olunan Zinəddin Zidanın alacağı maaş məlum olub.

“Qafqazinfo” “Russian Today”ə istinadən xəbər verir ki, onun maaşının illik 16 milyon avro olacağı iddia edilib.

Müqavilənin detallarının 12 martda Bakı vaxtı ilə saat 11:00-da imzalama mərasimindən sona açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Zidan “Real Madrid”lə 2022-ci ilə qədər müqavilə imzalayacaq.

Xatırladaq ki, fransalı mütəxəssis 2016-2018-ci illərdə də bu kluba rəhbərlik edib və 3 dəfə Çempionlar Liqasını qazandırıb. O, ötən il 31 mayda istefa vermişdi.