Zimbabve prezidenti aclığa başladı

zimbabve-prezidenti-acliga-basladi
Oxunma sayı: 1629

Zimbabve prezidenti Robert Muqabe ev həbsində saxlanmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “The Daily Mail” nəşri Muqabenin ailə üzvlərindən birinə istinadən məlumat yayıb.

Xatırladaq ki, noyabrın 6-da Emmerson Mnanqaqva Zimbabvenin vitse-prezidenti postundan kənarlaşdırıldıqdan sonra ölkədə siyasi böhran yaranıb. 93 yaşlı prezident Robert Muqabe ev həbsinə məhkum edilib.