Ziyafət Əsgərov Fazil Mustafaya irad tutdu

Ziyafət Əsgərov Fazil Mustafaya irad tutdu
Oxunma sayı: 2169

Birinci vitse-spiker Ziyafət Əsgərov deputat həmkarı Fazil Mustafanın çıxışına irad tutub.

“Qafqazinfo” xəbər verir ki, F. Mustafa çıxışında yaşıllıqların ölkə ərazisində salınmasının vacibliyinə toxunub. Bunun üçün vətəndaşlara stimul yaratmağı təklif edib: “ Necə ki başqa ölkələrdə vətəndaşlar özləri öz ərazilərində yaşıllıq yaradırlar”.

Z. Əsgərov isə həmkarının çıxışına belə reaksiya verib. “ Mən həmişə sizin çıxışlarınıza fikir verirəm. Bir çox hallarda müzakirəyə çıxarılan mətn kənarda qalır, söhbəti başqa yerə yönəldirsiniz. Bakıda onlarla park salınıb. Hava limanına gedən yolda meşə salınıb. Bunu Yeni Azərbaycan Partiyası edib. Siz də partiya başqanı olaraq təşəbbüs edin,yaşıllıqlar salın. Cənub istiqamətinə gedəndə salınan yaşıllıqları görməlisiniz. Bir az kənara çıxmaq lazımdır. Bunu görmək lazımdır. Görmədən tənqid etməyə nə var ki?”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi