Niqab hansı ölkələrdə qadağan olunub? - Fotolar

niqab-hansi-olkelerde-qadagan-olunub
Oxunma sayı: 7413

Seneqal müsəlman qadınlara üzü örtən niqab tipli islami geyimlərdən istifadəni qadağan etmək barədə düşünür.

“Qafqazinfo”nun BBC Azərbaycancaya istinadən məlumatına görə, bu növ qeyim cihadçı hücumçulara partlayıcı qurğunu paltar altında gizlətməyə imkan verir.

Niqaba "yox" deyən başqa ölkələr də mövcuddur.

Seneqal DİN başçısı Abdoulaye Daouda insanı bütünlüklə örtən geyimi Boko Haram təhlükəsinə görə qadağan etmək istəyir.

Boko Haram Nigeriyada mənzillənən ekstremist qrup kimi tanınır.

Seneqal hökuməti bu mövzunun müzakirəsinin anti-islam səciyyəsi daşımadığını qeyd etsədə, fərdi və dini azadlıqlar zəminində qadınların qeyim haqqını müdafiə edənləri bu məsələ qəzəbləndirib.

Bu məsələdə Seneqal tək deyil - digər 4 Afrika ölkəsində də oxşar tədbirlər tətbiq olunub.

Boko Haram kölgəsi

Mərkəzi Afrikanın 3 ölkəsində - Çad, Qabon və Konqo-Brazzavill-də burka qadağan olunub, Kamerun da bu geyim növü ölkənin uzaq şimalında ötən ilin iyul ayında yasaqlanıb.

Çad höküməti iyun ayında Ncamena şəhərində 33 nəfərin ölümü ilə nəticələnmiş intiharçı hücumundan sonra bu tədbirə əl atıb.

Bundan sonra, Konqo-Brazzaville və Qabonda oxşar addımlar atılıb. Qabon Kamerunda baş vermiş hücumdan sonra bu addımı atıb. Həmin hadisə zamanı burkaya bürünmüş 2 intiharçı qadın özlərini Nigeriya sərhədində yerləşən Fotokol şəhərində partlatmışdılar. partlayış nətuicəsində 13 nəfər həlak oilmuşdu.

Seneqalda belə hücumlar baş verməyib, lakin 2 həftə bundan əvvəl ölkədə keçirilmiş anti-terror həbslərilə bağlı rəsmilər əhalini ayıq-sayıq olamağa çağırıb.

"Burka qadağanı" Afrika ilə məhdudlaşmır.

Fransa öndədir

2010-cu ildə Fransa ictimai yerlərdə örtüklü geyimi qadağan edən ilk Avropa ölkəsi oldu.

Fransa Senatının qərarı ilə insanın şəxsiyyətini müəyyən etməyə mane olan bütün örtüklü geyimlər, maskalar və baş örtükləri qadağan olundu.

Bu ölkədə 5 milyon müsəlman yaşayır, lakin yalnız 2 minə yaxın qadın burkadan istifadə edir.

Fransanın anti-niqab qanunvericiliyi qadınları örtüklü paltar geyməyə məcbur edənlərin 32 min dollaradək cərimə olunmasını və uzun müddətə həbs olunmalarını da nəzərdə tutur.

Bu qanun müsəlman qadınlarını hədəflədiyinə görə tənqid olunurdu. Lakin Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ildə həmin qanunu dəstəklədi.

Belçika, Niderland və başqaları

Belçika 2012-ci ildə "təhlükəsizlik səbəblərinə görə" oxşar addım atdı. Niderlanda niqab tipli geyim məktəblərdə 2007-ci ildə qadağan olunmuşdu, sonradan həmin qadağa digər ictimai yerlərə və peşərə də şamil edildi.

Qərbi Avropanın yalnız 3 ölkəsində "burka qadağası" bütün əraziyə şamil edilir, qalan ölkələrdə qadağalar bögədən asılı olaraq tətbiq olunur.

İspaniyanın Barselona şəhərində sifəti örtən geyimlərə ictimai yerlərdə qadağa 2010-cu ildən qüvvədədir.
Danimarkada bu geyimdən məhkəmə otağında istifadəetmək qadağan olunub.

Həmin növ paltar Almaniyanın Hesse bölgəsi və İtaliyanın bir neçə şəhərində də yasaqlanıb.

Əks istiqamət

Bir sıra digər ölkələrdə isə əks proses baş verib - üzü örtən geyimlərə qadağalar aradan qaldırılıb.
Turkiyədə 10 il qüvvədə olduqdan sonra bu qadağa 2013-cü ildə aradan qaldırıldı.

Məhkəmənin qərarı ilə sifəti açıq saxlayan baş örtüyü və hicabın geyilməsinə icazə verildi, lakin üz də daxil olmaqla, insanı tamamilə örtən geyimə icazə verilməyib.

Suriyada da 2011-ci ildən müəllimələrə üzü örtən niqabların geyilməsinə icazə verilib. Bundan əvvəl həmin geyim universitetlərdə müsəlman tələbələrin radikallaşmasının qabağını almaq üçün qadağan olunmuşdu.

Tunisdə baş örtüklərinə qadağa 2011-ci ilin yanvarında aradan qaldırılmışdı.