“... Bakıdan utanaraq qayıdıram” - Fotolar

-bakidan-utanaraq-qayidiram
Oxunma sayı: 7417

Bir neçə gün əvvəl Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammiti çərçivəsində Azərbaycanın paytaxtına gələn türkiyəli jurnalist Ahmet Hakan təəssüratlarını qələmə alıb.

“Qafqazinfo” xəbər verir ki, jurnalist reportajına “Xor görərək getdiyim Bakıdan utanaraq qayıdıram” sözləriylə başlayıb. Ahmet Hakanın fotoreportajını təqdim edirik:

“Qafqazın Parisi deyərdim, ancaq Parisə tərif olar”.

“Bizim Nişantaşımız var. Bakıda da belə bir “Nişantaşı” var”.

“Hər şey həm yeni, həm də keçmişə hörmətlə dolu idi”.

“Bakıya “Küləklər şəhəri” deyirdilər. Dedikləri qədər var”.

“Bakıda çayı mürəbbə ilə içirlər. O qədər uyğunlaşdım ki, mən də artıq çayı mürəbbə ilə içirəm”.

“Binalar haqda “süni” deyirdilər. Ancaq belə “süniliyə” can qurban”.

“Samovarın vətəni Bakı imiş”.