10 yaşlı uşağın barmağında qalan dəmir halqa belə çıxarıldı - Video

10-yasli-usagin-barmaginda-qalan-demir-halqa-bele-cixarildi
Oxunma sayı: 2296

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 10 yaşlı uşağın barmağında halqa qalıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2012-ci il təvəllüdlü vətəndaşın barmağında dəmir halqa qalaraq barmağın şişməsinə və xəsarət almasına səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsib çıxarıblar.