“Bu gün 3 mindən artıq müayinə aparılıb və 105 nəfərdə koronavirus testi pozitiv çıxıb”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, artıq Naxçıvanda da laboratoriya qurulub: “105 nəfərin içərisində Naxçıvanda aşkar edilən hallar da var. Hazırda ümumi 822 yoluxma var, 19 nəfər bu gün sağalaraq evə göndərilib. Ümumilikdə isə 63 nəfər sağalıb”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər