11 ildən sonra yenidən Premyer Liqa matçına çıxdı

11-ilden-sonra-yeniden-premyer-liqa-matcina-cixdi
Oxunma sayı: 2615

"Mançester Siti"nin qapıçısı Skott Karson üçün İngiltərə Premyer Liqasının 36-cı turunun "Nyukasl"la oyunu (4:3) əlamətdar olub.

"Qafqazinfo" xəbər verir ki, 35 yaşlı qolkiper 11 ildən sonra ilk dəfə Premyer Liqa matçına çıxıb. 

Start heyətdə matça başlayan Karson, ölkə çempionatında bundan əvvəl sonuncu görüşünə 2011-ci ilin mayında "Vest Brombviç"də oynayarkən çıxmışdı.

Qeyd edək ki, ingilis qapıçı 2019-cu ildə "Derbi Kaunti"dən icarə əsasında "Mançester Siti"yə keçib. "Nyukasl"la oyun onun Mançester təmsilçisindəki ilk oyunu olub.