11 yaşlı ananın körpəsinin vəziyyəti ağırdır

11-yasli-ananin-korpesinin-veziyyeti-agirdir
Oxunma sayı: 4430

Respublika Klinik Xəstəxanası 11 yaşında hamilə qalaraq uşaq dünyaya gətirmiş qızın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. 

Klinikanın hamiləlik patologiyası şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşıdır, uşağın isə vəziyyəti ağırdır.

Xatırladaq ki, İmişlidə hamilə olan 11 yaşlı qızın uşağı Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Baş Prokurorluğun məlumatına görə, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda istintaq davam edir.

Günel Türksoy

Həmçinin oxuyun: İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib

“11 yaşlı qızın hamilə qalmasında ən böyük cinayətkar ailədir”

Baş Prokurorluq da 11 yaşlı qızın hamilə qalması ilə bağlı məlumat yaydı

“Ana deyib ki, qızın qarnına su yığılıb, həkimə aparmaq lazımdır”