14 yaşlı qız hamamda öldü

14-yasli-qiz-hamamda-oldu
Oxunma sayı: 3640

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonu 2-ci Alatava yaşayış massivində yaşayan 2009-cu il təvəllüdlü Xədicə Kərimova hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.