14 yaşlı qızını ərə vermək istəyən şəxs ögey atası imiş... - Yenilənib

14-yasli-qizini-ere-vermek-isteyen-sexs-ogey-atasi-imis
Oxunma sayı: 2460

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

***

Əldə etdiyimiz məlumata görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.

***

APA-nın məlumatına görə, 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.

O, ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

Hazırda araşdırma aparılır.