ABŞ Ədliyyə Nazirliyi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynlə bağlı genişmiqyaslı arxivləri ictimaiyyətə açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, yayımlanan materiallar arasında yüksək vəzifəli siyasətçilər və iş adamları ilə əlaqələrə dair milyonlarla sənəd, foto və video yer alır.
Yeni açıqlanan elektron yazışmalar amerikalı milyarder İlon Maskın da Epşteynlə təmasda olduğunu göstərir.
ABŞ Baş prokurorunun müavini Todd Blanş Ədliyyə Nazirliyində keçirdiyi mətbuat konfransında Epşteyn işi ilə bağlı 3,5 milyon səhifə sənəd, 180 min foto və 2000 videomaterialın Şəffaflıq Aktına uyğun olaraq yayımlandığını bildirib. Onun sözlərinə görə, sənədlərin hazırlanması prosesində 500-dən çox mütəxəssis çalışıb.
.jpg)
Blanş qeyd edib ki, yayımlanan materiallarda qurbanların kimliyini müəyyən edə biləcək məlumatlar, tibbi qeydlər və uşaq istismarına dair materiallar redaktə edilib. Epşteynin keçmiş sevgilisi Gisleyn Maksvel istisna olmaqla, sənədlərdə adı keçən bütün qadınların üzləri gizlədilib, kişilərin üzləri isə açıq saxlanılıb.
.jpg)
Baş prokurorun müavini bildirib ki, Epşteynlə bir vaxtlar dost münasibətləri olmuş ABŞ Prezidenti Donald Trampla bağlı gizliliyin qorunması üçün heç bir redaktə aparılmayıb. Onun sözlərinə görə, Tramp sənədlərin tam şəffaf şəkildə açıqlanması ilə bağlı göstəriş verib və Konqres üzvləri redaktə olunmamış versiyalara baxa bilərlər.
.jpg)
Yeni yayımlanan sənədlər arasında 2013-cü ilə aid elektron yazışmalar da yer alır. Həmin e-poçtlardan birində milyarder iş adamı İlon Mask Epşteyndən Karib adasına nə vaxt gedə biləcəklərini soruşur. Mask yazışmada Britaniya Vircin Adaları yaxınlığındakı Sent-Bartelmi adasında olacağını və görüş üçün vaxt istəyib.
Epşteynin cavabında Yeni il ərəfəsində uyğun olduğu və “sizin üçün həmişə yerimiz var” ifadəsini işlətdiyi qeyd olunur. Daha sonrakı yazışmalarda Maskın “Ayən 2-də nə vaxt getməliyik?” sualını verdiyi ortaya çıxıb.
İlon Mask daha əvvəl Epşteynin onu adalarından birinə dəvət etdiyini, lakin bu dəvəti rədd etdiyini bildirmişdi. Mask ötən il Donald Trampla yaşadığı mübahisədən sonra Trampı Epşteyn sənədlərini açıqlamamaqda ittiham etmişdi.
.jpg)
Epşteynin onlarla qurbanını təmsil edən vəkil Bredli Edvards sənədlərin kifayət qədər redaktə edilmədiyini və qurbanların məxfiliyinin pozulduğunu iddia edib. ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında Epşteynlə bağlı materiallara giriş üçün istifadəçilərdən 18 yaşdan yuxarı olduqlarını təsdiqləmələri tələb olunur.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə azyaşlılara qarşı cinsi istismar ittihamları ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılmış, rəsmi versiyaya görə intihar etdiyi bildirilmişdi.
Son xəbərlər
Son Xəbərlər