16 yaşlı boksçu sınaq döyüşü zamanı öldü - Yenilənib

16-yasli-bokscu-sinaq-doyusu-zamani-oldu
Oxunma sayı: 3189

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada  ölüb.

2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib.

***

Azərbaycan Boks Federasiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında  şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

“6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - federasiyadan qeyd edilib.