17 yaşlı qız kirayə qaldığı evdə öldürüldü

17-yasli-qiz-kiraye-qaldigi-evde-olduruldu
Oxunma sayı: 9314

Qaxda 17 yaşlı qız kirayə qaldığı evdə qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Cavanşir Rəhimov kücəsində baş verib.

Belə ki, həmin evdə yaşayan 2005-ci il təvəllüdlü Papiaşvili Albina Aliqoşayevina mənzildə ölü tapılıb.

İlkin məlumata görə, 17 yaşlı qızın bıçaqlanaraq öldürüldüyü bildirilir.

Faktla baglı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

Mübariz Muradov