19 yaşlı qadın ona işgəncə verən ərindən polisə şikayət etdi

19-yasli-qadin-ona-isgence-veren-erinden-polise-sikayet-etdi
Oxunma sayı: 3029

Bakıda əri tərəfindən şiddətə məruz qaldığını bildirən 19 yaşlı qadın polisə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, 2003-cü il təvəllüdlü N.Əzizova bir neçə ay əvvəl ailə qurduğu həyat yoldaşı, 1992-ci ildə anadan olmuş R. Əzizovun onu mütəmadi döydüyünü bildirib.

O qeyd edib ki, həyat yoldaşı Binə qəsəbəsində yrləşən evdə əsaslı səbəb olmadan daim onu döyərək xəsarətlər yetirir.

Müraciətlə bağlı Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində araşırma aparılır.

Nizam Rza