Türkiyənin Afyonqarahisar şəhərində bişirilən kolbasalı yumurta “Ginnesin Rekordlar Kitabı”na düşüb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, 25 kvadratmetrlik tavada 30 aşpaz tərəfindən bişirilən kolbasalı yumurta üçün 1 ton kolbasa və 15 min yumurta istifadə olunub.
Yemək “Ginnesin Dünya Rekordları” komissiyasının nümayəndəsi Şeyda Subaşı Gemicinin nəzarəti altında bişirilib.
O bildirib ki, dünyanın ən böyük kolbasalı yumurta rekordunu qıra bilmək üçün Ginnes tərəfindən təyin olunan minimum çəki 1000 kiloqram olub: “Bu gün ölçdüyümüz sucuqlu yumurtanın çəkisi 1930 kiloqram olaraq müəyyən edilib. Böyük sevinclə “Ginnesin Dünya Rekord”unu elan edirəm”.




Son xəbərlər
Son Xəbərlər