ABŞ Ədliyyə Nazirliyinin milyarder Ceffri Epşteynlə bağlı sənədləri açıqlamasından sonra Epşteynin şəxsi təyyarəsində çəkildiyi iddia edilən bir video böyük müzakirə yaradıb.
“Qafqazinfo” xəbər verir ki, görüntüdəki şəxsin 2002-ci ildə ovaxtkı ABŞ Prezidenti Bill Klintonla Afrikaya səfərdən qayıdan aktyor Kris Takerə bənzədiyi iddia edilir.
Taker əvvəllər Epşteyn işindəki rolunu inkar etmişdi.
ABŞ Ədliyyə Nazirliyi Epşteynlə bağlı milyonlarla səhifə sənəd, 2000-dən çox video və 180 min fotoşəkil yayımlayıb.
Bildirilir ki, sənədlərin əksəriyyəti ciddi şəkildə redaktə olunub və həm ictimai maraq, həm də anlaşılmazlıq yaradır. Nazirlik açıqlanan materialın qurbanların şəxsiyyətini və həssas məlumatlarını qorumaq üçün redaktə olunduğunu qeyd edib.
Videoda görünən şəxsin Kris Taker olub-olmadığı təsdiqlənməyib. Takerin adı 2025-ci ildə yayımlanan sənədlərdə uçuş qeydləri və fotolarda keçsə də, rəsmi olaraq heç bir ittiham altında olmadığı bildirilir. Taker videolarla bağlı əvvəllər də açıqlama verərək, heç bir cinayətdə iştirak etmədiyini və həmin səfərin o dövrdə xəbərsiz baş verdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər