2019-cu ilin sözü elan olundu

2019-cu-ilin-sozu-elan-olundu
Oxunma sayı: 1558

Amerikanın Uebster izahlı lüğəti 2019-cu ilin sözünü seçib.

“Qafqazinfo” xəbər verir ki, bu, “onlar” (They) əvəzliyidir. Bu barədə nəşrin saytında yazılıb. Nəşrin xüsusi redaktoru Piter Sokolovskinin sözlərinə görə, bu əvəzlik işlənmə yerinə görə fərqli mənalar ifadə edir. Yerinə görə “onlar” “kimsə”, “hamı”, “hər kəs” mənalarında da başa düşülə bilər.

Bu sözdən, həmçinin, son zamanlar gender mənsubiyyəti olmayan bir nəfər üçün də istifadə olunmağa başlanılıb. 

Qeyd edək ki, 2018-ci ilin seçilən sözü “ədalət” (“justice”) olmuşdu.