2022-ci ilin ən yaxşı qapıçısı adına üç namizəd

2022-ci-ilin-en-yaxsi-qapicisi-adina-uc-namized
Oxunma sayı: 3263

FİFA 2022-ci ilin ən yaxşı qapıçısı mükafatına son üç namizədi açıqlayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, namizədlər sırasında Tibo Kurtua ("Real", Belçika millisi ), Yassin Bunu ("Sevilya", Mərakeş millisi) və Emiliano Martines ("Aston Villa", Argentina millisi) yer alıb.

Qalib fevralın 27-də Parisdə keçiriləcək mərasimdə elan olunacaq.

Qeyd edək ki, "Çelsi"nin və Seneqal millisinin futbolçusu Eduard Mendi 2021-ci ilin ən yaxşı qapıçısı mükafatını alıb.