21 yaşlı mühafizə polisi özünü öldürdü- - Neftçalada

21-yasli-muhafize-polisi-ozunu-oldurdu-
Oxunma sayı: 3328


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, intihar hadisəsi yanvarın 31-nə keçən gecə saat 03 radələrində Neftçala şəhərində baş verib. Neftçala şəhər sakini, 1994-cü il təvəllüdlü Səxavət Bakir oğlu Rzayevin həyətlərindəki tut ağacından asılmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhum bu gün Neftçalada dəfn olunub.

Səxavət Rzayev Neftçala rayon mühafizə bölməsinin mülki əməkdaşı olub. O, mülki mühafizədə cəmi 5-6 ay imiş ki, qulluq edirmiş.

Yaxınlarının dediyinə görə, S.Rzayevin nə işdə, nə də evdə hər hansı problemi olmayıb. 21 yaşlı gənc heç nədən şikayət etmirmiş, heç bir sıxıntısı yox imiş. Digər bir məlumata görə isə onun kiməsə borcu varmış.

İntihar faktı ilə bağlı sorğuya Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən ətraflı məlumat vermək istəməyiblər. Yalnız onu bildiriblər ki, bu faktla rayon prokurorluğu məşğul olur.