Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədova Xanımnaz Ceyhun qızı ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.
Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı Hacıqabul prokurorluğu araşdırma aparır.
Son xəbərlər
Son Xəbərlər