“28 Mall”da həyəcanlı anlar- - Yanğın xəbərdarlığı+Yenilənib+Foto

28-mallda-heyecanli-anlar-
Oxunma sayı: 5754


“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda bildirilir ki, Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “28 Mall”da verilən yanğın siqnalı təşvişə səbəb olub. Bütün işçi heyəti binadan çıxarılıb. 

Hələ ki, yanğın siqnalının nə səbəbə verildiyi məlum olmasa da, işçilərin yenidən ticarət mərkəzinə daxil olduğu deyilir.

***

Ticarət Mərkəzindən Gün.Az-a verilən məlumata görə, binada heç bir yanğın baş verməyib:

“Bu sadəcə olaraq “28 Mall”-un işçiləri üçün yanğın təlimi idi. Biz bununla işçilərimizi baş verə biləcək bir hadisə qarşısında diqqətli olmaq və necə hərəkət etmək barədə məlumatladırırdıq. Təlim zamanı həyəcan siqnalı verildi və müştərilər çölə çıxarıldı. Sadəcə bu” – deyə, “28 Mall”-dan saytımıza bildirilib.