28 yaşlı oğlan başından bıçaqlandı

28-yasli-oglan-basindan-bicaqlandi
Oxunma sayı: 1432

31 yaşlı kişi həmkəndlisini başından bıçaqlayıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Zaqatalanın Qandax kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb. 

Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov