Samuxda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində çayxanalardan birində olub.
İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Röyal Yolçuyev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib. Onun vəziyyəti kafidir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
***
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər