“35 saylı Xətai 3-cü seçki dairəsində İqbal Ağazadəyə rəqib yoxdur” - Fotolar

35-sayli-xetai-3-cu-secki-dairesinde-iqbal-agazadeye-reqib-yoxdur
Oxunma sayı: 3473

35 saylı Xətai üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.

“Qafqazinfo”nun məlumatına görə, səhər saatlarında Qərargah üzvləri və təbliğat qrupları günlük təbliğat işlərini müzakirə ediblər. Qərargah rəhbəri Hətəmov Səməd ənənəvi təbliğat metodlarını xatırladıb, təbliğat qruplarına yeni təbliğat taktikalarını izah edib. Təbliğat formalarında incəliklər müzakirə olunub. Qruplar ayrı-ayrılıqda təlimatlandırılıb.

S.Hətəmov bildirdi ki, iki günlük aktiv təbliğat dönəmində əldə olunan nəticələr bir daha onu göstərir ki, 35 saylı Xətai üçüncü seçki dairəsində İqbal Ağazadəyə rəqib yoxdur:

"Bu fikri ona görə deyirəm ki, son iki gündə Qərargaha təbliğat işlərində könüllü olmaq istəyən xeyli sayda insanların müraciətinin,  Mehmandarov küçəsində və Gəncə prospektində keçirilən görüşdə yaranan izdihamın şahidi olmuşam".

Müzakirələr və planlaşdırma işləri bitdikdən sonra hər kəs işə başlayıb.