Cəlilabad rayonunda evdən kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti ötən gün şəhər ərazisində qardaşına məxsus evdə aşkar edilib.
Qeyd edək ki, Z.Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini imiş.
Onun həyatına qəsd etdiyi bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər