39 ölkədən 60-a yaxın diaspor gənci İstanbulda Zəfər Gününü qeyd etdi - Foto

39-olkeden-60-a-yaxin-diaspor-genci-istanbulda-zefer-gununu-qeyd-etdi
Oxunma sayı: 1172

Türkiyənin İstanbul şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə Diaspor Gənclərinin Zəfər Görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə baş tutan görüşdə 39 ölkədən 60-a yaxın gənc iştirak edib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə canını Vətən uğrunda fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev tədbiri açıq elan edərək, gəncləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev  çıxışında komitənin fəaliyyətindən, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi ilə  əməkdaşlığından, gənclərin diaspor hərəkatındakı rolundan bəhs edib, Dövlət Komitəsinin gələcək layihələri barədə məlumat verib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun hesabat xarakterli videoçarxları, eləcə də Azərbaycan diasporunun Şuşa səfərlərinə dair videoçarxlar nümayiş etdirilib. 

Dünyanın dörd bir yanından İstanbula gəlmiş diaspor gəncləri tədbir çərçivəsində təşkil olunan “Kreativ düşüncə”, “Networking və ünsiyyət bacarığı” mövzusunda keçirilən təlimlərdə iştirak ediblər.

Tədbir Türkiyə mediasında geniş işıqlandırılıb