40 nəfərin ölümünün səbəbi Benqal şamları ola bilər

40-neferin-olumunun-sebebi-benqal-samlari-ola-biler
Oxunma sayı: 1087

İsveçrənin Kran-Montana kurortundakı barda baş vermiş dəhşətli yanğının səbəbi Benqal fişəngləri ola bilər.

“Qafqazinfo” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə İsveçrənin Vale bölgəsinin baş prokuroru Beatris Pillu açıqlama verib. 

“Hər şey onu göstərir ki, yanğın şampan şüşələrinə bənd edilmiş Benqal fişəngləri səbəbindən başlayıb. Fişənglər tavana çox yaxın olublar, bu isə yanğının çox sürətlə yayılması ilə nəticələnib”, - Pillu deyib. 

Baş prokuror şənlik zamanı çəkilmiş görüntüləri təhlil etdikdən sonra bu ehtimalı irəli sürdüklərini söyləyib. 

Pillunun sözlərinə görə, digər bir amil tavanın tezalışan akustik köpüklə örtülməsi olub. 

Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda şənlik zamanı partlayış olub, daha sonra yanğın başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 119 nəfər ağır xəsarət alıb.