46 il sonra Şuşada anasının obrazını canlandırdı - Video

46 il sonra Şuşada anasının obrazını canlandırdı
Oxunma sayı: 3837

46 il öncə Şuşada çəkilən film yenidən canlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə musiqi müəllimi Türkan Vəzirova məlumat yayıb. O, anası Sevinc Əliyevanın 1976-cı ildə Şuşada şəkilən filmini yenidən öz obrazında canlandırıb.

Saytımıza danışan Türkan Vəzirova bildirib ki, həmin filmdə anasının 6 yaşı olub: 

“Əslində o film 1976-cı ildə çəkilib. Ancaq yutub və quqlda 1973-cü il kimi qeyd olunub. Anam o vaxt bulaq başında səhənginə su dolduranda rejissor onu görüb, filmə çəkmək istəyib. Hər gün məşq etdiriblər. Sonra filmə alıblar. Uşaq kinolarına da çəkməyi təklif etsələr də, babam icazə verməyib. Anam pianino müəlliməsidir. Oradakı evimiz darmadağın olduğu üçün anam getmək istəmir. Deyir getsəm evimizi görməsəm, çox pis olacam”.