60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı - Foto

60-gun-evvel-itkin-dusen-sexsin-meyiti-tapildi
Oxunma sayı: 1952

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib.

“Qafqazinfo”nun məlumatına görə, meyit Salyan–Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb.

İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafael Nəsirova məxsus olduğu müəyyən edilib. Onun kollektora düşərək boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov