66 yaşlı kişini arı sancdı - Öldü

66-yasli-kisini-ari-sancdi
Oxunma sayı: 1925

Şahbuzda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün rayonun Kükü kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənovu qızının yaşadığı evdə arı sancıb.

A. Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.