7 il sonra çəkiliş meydançasına qayıtdı - Foto

7-il-sonra-cekilis-meydancasina-qayitdi
Oxunma sayı: 7794

Türkiyəli aktrisa Sinem Kobal illər sonra çəkiliş meydançasına qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə social şəbəkə hesabında bildirib.

Sənətçi “Her şeyin başı Merkür” filmindən paylaşım edib. O layihədə “Elif Akay” obrazına həyat verəcək.

Ekran işində Sinemin tərəf müqabili Alp Navruzdur.

Kobal sonuncu dəfə 2017-ci ildə “Yüz-yüzə” serialı ilə tamaşaçı qarşısına çıxıb.

Qeyd edək ki, aktrisa həmkarı Kenan İmirzalıoğlu ilə ailəlidir. Cütlüyün Lalin və Leyla adlı iki qızı var.