70 min insan Nemtsov üçün toplaşdı- - Fotolar

70-min-insan-nemtsov-ucun-toplasdi-
Oxunma sayı: 3778


“Qafqazinfo” İnterfax-a istinadən xəbər verir ki, Moskvada baş tutan yürüşə ən azı 70 min nəfərin qatıldığı bildirilir. Etiraz yürüşündəki plakatlarda “Rusiyanın gələcəyi üçün öldü”, “Azad Rusiya üçün savaşdı” kimi şüarlara rast gəlinib. 

Boris nemtsovun xatirəsinə həsr olunmuş anım marşları bu gün Rusiyanın digər şəhərlərində də keçirilib. Yürüyüş iştirakçıları Moskva mərkəzindən hadisə yerinə qədər hərəkət ediblər. Matəm yürüyüşünə Dmitri və Gennadi Qudkovlar başçılıq edib.

Qeyd edək ki, müxalifətçi Boris Nemtsov fevralın 28-də gecə saatlarında öldürülüb. Ona ağ rəngli maşından 6 dəfə atəş açılıb. Güllələrdən 4-ü hədəfə dəyib. Nemtsov hadisə yerindəcə keçinib.