7,4 ballıq zəlzələdə yenidoğulmuşları belə qorudular - Video

74-balliq-zelzelede-yenidogulmuslari-bele-qorudular
Oxunma sayı: 4429

Tayvanda baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı doğum evində çəkilmiş görüntülər yayılıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, görüntülərdə tibb işçilərinin doğum evini tərk etməməsi, körpələrlə birgə qalaraq onların olduqları çarpayıları mühafizə etmələri əks olunub.

Bildirilib ki, hadisə nəticəsində yenidoğulmuşlara hər hansı ziyan dəyməyib.

Həmin görüntüləri təqdim edirik: